Təbii fəlakət nəticələrinin aradan qaldırılmasında sığortanın rolu


Xülasə: Məqalədə təbii fəlakət nəticələrinin aradan qaldırılmasında sığortanın rolundan bəhs edilib. Beləki əgər vətəndaşlar evlərini daşınmaz əmlakın icbari sığortası üzrə sığorta etdirsələr dövlət büdcəsi hansı yükdən qurtular və nələrin baş verə biləcəyi haqqında təhlil edilib. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan əlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrostruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ziyanın aradan qaldırımasında dövlətin rolu təhlil edilib. Statistik, analiz, təhlil metodlarından istifadə olunub.  

Giriş: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Həmin strateji yol xəritəsi sığorta (maliyyə) sahəsinin qısa (2020-ci ilədək), orta (2025-ci ilədək) və uzunmüddətli dövrləri (2025-ci ildən sonrakı dövr) əhatə edən inkişafına dair tədbirlər planını nəzərdə tutur. 

Yaşadığımız həyatda müxtəlif risklərlə qarşılaşırıq. Həmin risklər bizə müyyən zərərlər vura bilir. Həmin zərərlərin minimuma endirilməsi üçün özümüzü sığortalamalıyıq. Magistral yolu qarşıdan qarşıya keçdiyimiz zaman özümüzü riskə atmış oluruq. Əgər bizi hər hansı nəqliyyat vasitəsi vurarsa, həmin riskdən xəsarət almış olduq. Xəsarətin bizə verəcəyi zərərin minimuma endirilməsi üçün sığortadan faydalanırıq.

Risk zərərlərinin minimuma endirilməsi üçün məcburi (icbari) və könüllü olaraq özümüzü, daşınar və daşınmaz əmlakımızı sığortalayırıq.

Məcburi (icbari) sığorta dedikdə o sığorta növü nəzərdə tutulur ki, biz istəsək də, istəməsək də həmin sığortanı mütləq şəkildə sığorta şirkətinə haqq ödəyərək əldə etməliyik. İcbari sığorta “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu)

İcbari sığortanın aşağıdakı  növləri var:

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. (https://isb.az/)

  • Daşınmaz əmlakın icbari sığortası (İcbari Əmlak)

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. (https://isb.az/)

  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. (https://isb.az/)

  • Sərnişinlərin icbari fərdi qəza sığortası

Sərnişinlərin icbari fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 5-ci fəslində nəzərdə tutulmuşdur.Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Sərnişinlərin nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir. (https://isb.az/)

  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətic əsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. (https://isb.az/)

Könüllü sığorta dedikdə  isə Sığorta müqaviləsinin tərəflərinin iradə azadlığından asılı olaraq həyata keçirilən və əsas şərtlərinin sığorta müqaviləsində müəyyən edilməsini nəzərdə tutan sığorta növüdür. 

İndi isə təbii fəlakətlərin növlərinə keçək.

Təbii fəlakətlər insan iradəsindən asılı olmadan baş verən təbiətə ziyan vuran təbii hadisələr nəzərdə tutulur. Misal kimi zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsini göstərmək olar. 

Bu hadisələr baş verdiyi təqdirdə bizim əmlakımıza hər hansı zərər dəyir. 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan əlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrostruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq dövlət büdcəsindən aşağıdakı kompensasiyalar ödənilmişdir:

  1. Zaqatala rayon və kəndlərində zəlzələ ilə əlaqədar olaraq komissiya tərəfindən 

yazılmış baxış aktı əsasında bərpası-gücləndirilməsi nəzərdə tutulmuş 2835 fərdi yaşayış evlərinə ödənilmiş yardım və kompensasiyaların ümumi həcmi         14.115.000 azn

  1. Balakən şəhər və kəndlərində zəlzələ ilə əlaqədar olaraq komissiya tərəfindən 

yazılmış baxış aktları əsasında bərpası-gücləndirilməsi nəzərdə tutulmuş 348 fərdi yaşayış evlərinə hesablanmış və ödənilməsi nəzərdə tutulmuş yardım, kompensasiyaların ümumi həcmi 1.622.000 azn

  1. Qax rayon və kəndlərində zəlzələ ilə əlaqədar olaraq komissiya tərəfindən 

yazılmış baxış aktı əsasında bərpası-gücləndirilməsi nəzərdə tutulmuş 357 fərdi yaşayış evlərinə ödənilmiş yardım və kompensasiyaların ümumi həcmi 1.706.000 azn ödənilmişdir. 

Toplam ödəniş 17.443.000 azn edir. bu ödəniş dövlət büdcəsindən ödənildi. Əgər insanlar evlərini sığorta etdirsəydilər bu ödəniş dövlət büdcəsindən deyil sığorta şirkətlərin büdcəsindən ödənilərdi. 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas göstəricilərinə dair

MƏLUMAT

Sıra №-siGöstəricilərİLLƏR
2010201120122013201420152016201720182019 yanvar-sentyabrCəmi
1Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı  o cümlədən:946801473681515411771182051961905001719421960562183151815491734265
– ilkin28994525834239549713579454204149904582686016851328493339
– təkrar65686947851091461274051472511484591220381377881581471302211240926
2İpoteka qeydiyyatı20517209973295140513456194137135757385334328632731352275

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 azn,  Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 azn, digər yaşayış məntəqələrində isə 30 azndir. Bu cədvəldən görünür ki, 1.734.265 daşınmaz əmlakın hüquqi sənədi vardır. Əgər ortalama 40 azndən sığortalanarsa, 1.734.265*40=69.370.600 azn edər. Bu məbləğin 20 faizədək hissəsini işlərin aparılması xərclərinə çıxsaq 55.496.480 aznlik illik ehtiyat formalaşar. Təbii fəlakətlər baş verdiyi zaman dövlət büdcəsindən deyil bu ehtiyatdan kompensasiyalar ödənilər.

Nəticə  olaraq qeyd etmək istərdim ki, təbii fəlakətlər zamanı dövlət büdcəsindən kompensasiyalar ayrılır və büdcəyə mənfi təsir edir. 

Təklifim bundan ibarətdir ki, baş verə biləcək təbii fəlakətlərdən evimizi sığortalamalıyıq. Sığorta haqqı minimum 30 azn, maksimum isə 50 azn təşkil edir. Bu ödənişi etdiyimiz zaman sığorta ehtiyat fondu yaranır və gələcəkdə baş verəcək təbii fəlakətlər zamanı bu fonddan bizə kompensasiyalar ediləcək.

ƏDƏBİYYAT SİYAHISI:

internet resursu:

https://www.bbc.com/azeri/azerbaijan-38301370 (14 Dekabr 2016)

https://static.president.az/pdf/38542.pdf

http://www.e-qanun.az/framework/22228

https://insure.az/info/insurance

https://isb.az

http://www.fhn.gov.az/index.php?aze/pages/256

http://www.stateproperty.gov.az/page/view/22

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.