Dövlətin sığorta siyasəti


Salam dostum. Ümid edirəm işlərin qaydasındadır. Bugün səninlə “Dövlətin sığorta siyasəti” mövzusunu müzarikə edəcəyik. Öncə sığortanın nə olduğunu aydınlaşdıraq.

Sığorta – Sənin əmlakına, həyatına, sağlamlığına, mülki məsuliyyətinə, qanunvericiliklə qadağan olunmayan fəaliyyətinə dəyən zərərin əvəzi məqsədilə sığorta məbləğinin ödənilməsidir. 

Özünü və öz  əmlakını 2 formada sığorta etdirə bilərsən:

  1. İcbari sığorta – məcburi sığortadır. bu sığorta forması “İcbari sığortalar haqqında” Azərbaycan Respublkisanının qanunu əsasında tənzimlənir.

Misal olaraq, sənin avtomobilin varsa, mülki məsuliyyətini müəyyən məbləğdə icbari sığorta etdirərək, qarşı tərəfin avtomobilinə vurduğun zərəri sən deyil sığorta etdirdiyin sığorta şirkəti ödəyəcək. Yəni, avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyin halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsan. İcbari avtomobil sığortasının mövcudluğu Səni bu maddi öhdəlikdən azad edir.

2. Kasko sığorta –  könüllü sığortadır. Bu sığorta növü haqqında növbəti müzakirəmizdə ətraflı danışacağıq.

Dövlət bir çox sahələrdə sığorta siyasəti yürütməkdədir. Dövlət bu siyasət vasitəsilə əhalinin rifahının artırılmasına çalışır.

Misal olaraq, İşsizlikdən Sığorta Fondu yaranmışdır. İşsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyən edilməsi, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətlərinin tənzimlənməsi məqsədi ilə İşsizlikdən sığorta haqqında”  qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Bu fondun yaradılmasında məqsəd Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Yəni işçi iş yerindən azad edilərsə, əmək müqaviləsi bitərsə, həmin işçiyə  3 qaydada sığorta ödənişi ediləcəkdir:

  1. əsas sığorta ödənişi,
  2. sığorta ödənişinə əlavə (ailə üzvünə görə əlavə hesablama)
  3. minimum sığorta ödənişi (Qanunla müəyyən edilən minimum əmək haqqı).

Bu məqalənin ardı olacaq 🙂

Dəyərli Dostum, əlavələrin varsa rəy bölməsində mənimlə və digər oxucularımla  bölüşə bilərsən!

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.