«SABAH»  tələbəsi döyər yoxsa, Adi qrup ?


sabahqrupu

Salam, dəyərli izləyici! Çox güman ki, SABAH QRUPLARI haqqında eşitmisən, ya da həmin qrupda təhsil alırsan. Səncə hansı daha üstündür? Cavabını öyrənmək istəyirsənsə araşdırmamızı sona qədər oxu! Araşdırmamız xoşuna gəlsə paylaş ki, digərləri də görsün. Təşəkkürlər!   

Turan Mütəllimov ( SABAH QRUPLARI)  — Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, neft-qaz mühəndisliyi, III kurs

Cəlal Hacıyev (SABAH QRUPLARI) Azərbaycan Memarlıq və İnşaat Universiteti, İnşaat mühendisliyi, məzun

Rəhimə Quluzadə (SABAH QRUPLARI) Bakı Dövlət Universiteti, Azərbaycan dili və Ədəbiyyat müəllimliyi, II kurs

Mustafa Namazlı — Azərbaycan Dövlət İqtisad Universiteti, Menecment,  məzun

 

 

  1. Qəbul şərtləri

Bildiyimiz kimi, SABAH qruplarına qəbul, qeyri- SABAH-dan fərqli olaraq, 3 mərhələdə (sənəd qəbulu, imtahan və müsahibə) aparılır. Əgər qeyri – SABAH qruplarına qəbul dövlət imtahanı ilə məhdudlaşdırılırsa və SABAH qruplarına tələbə qəbulu qeyri – SABAH qruplarından qəbul olunursa SABAH qrupları 1-0 öndə başlayır.

 

  1. Professor müəllim heyət.

SABAH qruplarında dərslərin tədrisində iş təcrübəsi olan müəllimlərə üstünlük verilir. Məsələn, mühəndis hazırlığında mühəndislik təcrübəsi olan müəllimlər praktikalarını danışmaqla tədrisin keyfiyyətini yüksəldir. Tələbələr kimi, müəllimlər də  SABAH qruplarında dərs demək haqqını əldə etmək üçün xüsusi imtahan verirlər. Müəllimlərin dərs demək bacarığı ilə yanaşı, onların xüsusi hazırlıqlı auditoriya şəraitinə tam hakim olmaları yoxlanılır. Müəllimin dərs resurslarının tərtibat səviyyəsinə də diqqət yetirilir. SABAH qruplarında dərslərin yüksək səviyyədə olması üçün xarici dildə tədris olunması üstün cəhətlərindən biridir.  Beləliklə, 1 xal SABAH-a verilir.

 

  1. İmtahan

SABAH qruplarında imtahanların keçirilmə qaydası təhsil müəssisəsinin seçiminə əsaslanır. Yəni, fərqlilik birbaşa müəssisənin öz ixtiyarındadır. Lakin, imtahana hazırlıq SABAH qruplarında daha ağırdır, çünki akademik kredit sayı qeyri — SABAH qruplarından çoxdur, anoloji olaraq, məlumat  toplusunun həcmi də. Şərtlərin yaxınlığını nəzərə alaraq —  hər ikisinə 1 xal verilir.

 

  1.    Təcrübə proqramları

SABAH qruplarında tələbənin fəallığı ön plana çəkildiyi kimi, onun ictimai aktivliyinə də şərait yaradılır. Bir çox təşkilatlar məhz təcrübə proqramına tələbə dəvət edərkən SABAH tələbələrinə daha çox üstünlük verir.Bir çox təcrübə proqramlarını misal göstərmək olar:

Bu səbəbdən 1 xal SABAH-a verilir

 

Vəəəə. Qırğın döyüşün ən son raundu başlayır.

 

  1. Məzunlar

SABAH məzunlar dolğun CV məlumatı və yüksək akademik göstəricilərə malik transkript əldə etmək imkanlarına sahib olurlar. SABAH-ın ilk məzunları bu il (2017) olduğu üçün yuxarıda qeyd edilənlərə əsasən SABAH tələbəsinin daha yüksək gəlirli iş tapması daha asandır. Bu məqsədlə yaradılan “SABAH” Karyera Akademiyası, ilk “SABAH” qrupu məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsinə xidmət edir. Son raundun qalibi SABAH qruplarıdır

 

Nəticə olaraq, “SABAH  tələbəsi döyər yoxsa, Adi qrup tələbəsi” döyüşünün qalibi 5-1 hesabı ilə SABAH tələbələri oldu. Təbrik edirik!

 

Son olaraq bunu qeyd etmək istəyirəm ki, gördüyünüz kimi SABAH qruplarına yaradılan şərait çox üstün olduğu üçün Adi qrup arasında xeyli uçurum yaradır. Bu səbəbdən Adi qruplarda tədrisin keyfiyyəti aşağı düşür. Sanki sırf SABAH qrupları var və bütün üstünlük bu qrupa verilir.

 

Dəyərli oxucum, əlavələrin varsa rəy bölməsində mənimlə və digər oxucularımla  bölüşə bilərsən.

 

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s