İmtahana hazırlaşmağın 5 qızıl qaydası


Salam, dəyərli izləyici! Artıq imtahanlar qapımızı döyür. Heçnə oxuya bilmirsən. Diqqətin dağınıqdır, fikrini suallara cəmləyə bilmirsən. Bu halla qarşılaşmısansa bu yazını axıra kimi oxu. Xoşuna gəldisə, dostlarının faydalanması üçün paylaş. Hazırsansa başlayaq!

1.İmtahanlarla əlaqəsi olmayan işləri beynindən at. Məsələn gələcək hədəflərini, «Facebookda sənə  sevdiyin insan mesaj yazacaqmı, kim hansı statusu paylaşır» bunların hamısını beynindən at getsin. çünki heç biri imtahanda sual olaraq qarşına çıxmıyacaq və lazımsız işləri düşünərkən öz dəyərli vaxtını itirmiş olacaqsan.

2. İmtahana sualları hissələrə bölərək hazırlaş. 

Yazılı imtahan verirsənsə, hansı mövzuya nəqədər vaxt ayıracağını, nəqədər istirahət edəcəyini kağıza qeyd elə və hər zaman görə biləcəyin yerə as.

Testlə imtahan verirsənsə, tutaqki, 700 test sualı öyrənməlisən  və əzbərləməlisən və cəmi 2 gün vaxtın qalıb ( son gecə hazırlaşanlar bilirəm burdasız🙂 ) 350 sualı  bugün 350 sualı sabah öyrən. təkcə günlərə bölməklə kifaətlənmə.  Gün ərzində 350 sualı hissələrə böl. İstifadə etdiyim metod 100 sual oxuduqdan sonra istirahət etməkdir. gün ərzində 3 dəfə ( 100+100+150=350) oxu 4 cü dəfə isə 1-350 sualı təkrar oxu cə sabahı gün bu metodu təkrar elə.

3. Ətrafında imtahan mühitini yarat. Öncə yazı masasında oturarkən üzün divara tərəf olsun ki, sənin diqqətini heçnə yayındırmasın. Telefonun internetini bağla və digər otağa qoy, amma səslidə olsun vacib zəng gələ bilər. Fikrin telefonda qalmasın🙂 Televizoru söndür və ya səsini eşitmə. Kompüterdə lazımsız faylları   ana ekrandan sil. Oyunları ümumiyyətlə ana ekranda saxlama, çünki gördüyün zaman oynamaq istiyəcəksən, səbəb insan beyni əyləncəyə daha çox meyillidir.

4. Musiqi dinlə. Həzin musiqi dinlə. Sözləri olmasın. sadəcə musiqinin axarına düşməyə çalış. Qulaqcıqlardan istifadə elə. Romantik mahnılar olmasın ha qətiyyən🙂 Sevgilin yadına düşəcək və imtahana fokslana bilməyəcəksən.

5. Fasilə. Hər 25-30 dəqiqədən bir  5-10 dəqiqəlik fasilə et. 2 saata 30 dəqiqəlik fasilə deməkdir. Bu zaman sən nə edə bilərsən? Kompüterdən və ya imtahan suallarından uzaqlaş. Gözlərini yum. İmtahanı belə düşünmə. Meyvə yemək zehin üçün faydalıdır. Təmiz havaya da çıxa bilərsən.

Dəyərli oxucum, əlavələrin varsa rəy bölməsində  bölüşə bilərsən və ya mənə yaza bilərsən

İmtahana hazırlaşmağın 5 qızıl qaydası” üçün 2 şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.