İştirak etdiyim Azərbaycanın Milli Biznes Çempionatı olan «Youth in business » Vol 5 in SWOT təhlili


14729081_1098878416832445_3724991402886116684_n

Salam dostlar . Bugün (11 dekabr 2016) «Youth in business  » Vol 5 in Final mərhələsi keçirildi. 1 aydan artıq davam edən bu çempionat haqqında bəzi fikirləri sizinlə bölüşmək istəyirəm.

İlk öncə

«Youth in Business» — Azərbaycanın İlk Milli Biznes Çempionatıdır. Məqsəd Gənc Sahibkarlar yetişdirmək və Gənclərin Biznes və İqtisadi biliklərinə yiyələnməsinə nail olmaqdır. Layihə ilk dəfə 2012-ci ildə keçirilmişdir.

Bu çempionatla bağlı öncəki yazıma buradan  baxa bilərsən.

İndi isə Vol 5. lə bağlı SWOT təhlilə keçək

Güclü tərəfləri

  • İştirakçıların komanda şəklində biznesmenlər önündə çıxış etmələrinə şərait yaradılır
  • Çempionat müddətində İştirakçılar  praktiki olarag  biznes plan yazmagi öyrənir,
  • Biznesmenlər yarımfinallardan öncə istirakcilara  çempionata düzgün hazrlaşmaq üçün biznes təlimləri keçirlər.
  • Hər komandanın  bir münsiflə ayrıca görüşməsi  mümkünlüyü

Zəif cəhətləri

  • İştirakçıların təlimçilərə düzgün  yönləndirilməməsi, və buda bəzi  təlimçilərin  komanda toplamaqda çətinliklə qarşılaşması. ( Bunun səbəbi həddən artıq təlimçilərin qəbul edilməsi. vol 5.də 30 təlimçi müsahibədən keçdi, cəmi 11 i komanda toplaya bildi, hər universitetdən cəmi 1 təlimçi seçilsə, təlimçilərin komanda toplamasında heç bir problem olmaz.)
  • Komandalara çempionata hazırlaşmaq üçün məkan yaradılmaması. ( öz komandamla çempionata hazırlaşmaq üçün məcbur idik hər hansı kafedə görüşək, bu da işimizin keyfiyyətini aşağı salır. Düşünürəm ki, ofisdə şərait yaradılsa, daha rahat şəkildə yarımfinal və finala hazırlaşmaq olar)

İmkanları

  • Biznesə  gənclər arasında marağın artması.  (çempionatda iştirakçı sayında müsbət təsir göstərə bilər. Bunun üçün PR ın universitetlərdə tək çempionat zamanı deyil, həmçinin digər adi günlərdə də aparılması)
  • Çempionatın tez-tez keçirilməməsi ( Bu çempionata marağı artırır, Əgər hər ay yarım-final və final olarsa, maraq olmayacaq)

Təhlükələri

Böyük şirkətlərlə  əməkdaşlıq edilməməsi  nəticəsində təqdim olunan real ideyaların maliyyə ilə təmin oluna bilinməməsi. ( İnsanlar düşünə bilər ki, bu sadəcə oyundur və mənim ideam münsiflər və ya digərləri tərəfindən oğurlana bilər, buna görə çempionata qatılmıya bilərlər. Əgər iştirakçı görsəki real idealara investisiya ayrılır və reallaşır, insanlar böyük həvəslə bu yarışa qatıla bilər)

Bəzi təkliflərim var:

  • Hər universitetdən cəmi 1 təlimçi seçilsin. həmin təlimçi universiteti təmsil etsin.
  • Təlimçilər seçilərkən onlar arasında kiçik mini yarış keçirilsin.
  • Keçən çempionatın qalibi növbəti çempionatın seminarlarında komandalarla görüşü həyata keçirilsin

Ən sonda qeyd edim ki, keçən çempionat indikindən maraqlı idi. Səbəb daha ciddi partnyor şirkətlər sponsorluq edirdi.

Hələlik bu qədər

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s