Əfqanıstan iqtisadiyyatı


       Əfqanıstan iqtisadiyyatı on illiklər boyu davam edən müharibənin təsiri nəticəsində formalaşmışdır. 2001-ci ildə Taliban rejiminin süqutundan sonra beynəlxalq maliyyə qurumlarının yardımları nəticəsində iqtisadiyyatın kənd təsərrüfatı və xidmət sektorunda artım qeydə alınmışdır.

Новый рисунок (1).png

Son illərdəki iqtisadi inkişafa baxmayaraq, yoxsulluq səviyyəsinin yüksək səviyyədə olması, beynəlxalq dənizlərə çıxışının olmaması, həmçinin idxaldan asıllığın yuxarı həddə çatması Əfqanıstan iqtisadiyyatının mövcud vəziyyətinin ürək açan olmamasının göstəricisidir. Əhalinin böyük hissəsinin mənzil, təmiz su, elektrik, tibbi yardım və işsizlik problemləri mövcuddur. Cinayətkarlığın səviyyəsinin yüksək olması, dövlət strukturlarının iş keyfiyyətinin zəif olması və dövlətin qanunun aliliyini bütün ölkə ərazisində bərqərar edə bilməməsi buraya xarici investorların marağını azaldır. 2003-2010-cu illər ərzində 9 beynəlxalq maliyyə donorları tərəfindən Əfqanıstan iqtisadiyyatının inkişafı üçün 67 milyard $ yardım edilmişdir. 2015-ci ildə isə donor təşkilatlarının Tokiyo konfransında əlavə olaraq 16 milyard $ mülki yardım edildi. Bu yardımlara baxmayaraq, Əfqanıstanda vergi sisteminin zəif olması, korrupsiya hallarının çox olması, zəif infrastruktur və s. problemlər hələ də öz həllini tapmayıb.

Новый рисунок (2).png

2014-15-ci illərdə Əfqanıstanın iqtisadi inkişafında artım tempi xeyli zəiflədi Xüsusi ilə beynəlxalq təhlükəsizlik qüvvələrinin bu ölkədə zəifləməsi birbaşa olaraq xidmət sektorunun inkişafını ləngitdi. 2014-cü ildə Əfqanıstan prezidenti seçilən Məhəmməd Əşrəf Qani vergi sisteminin tənzimlənməsi, korrupsiya ilə mübarizə və s. iqtisadi islahatların aparılmasını iqtisadiyyatın inkişafı üçün vacib olduğunu bildirmişdir.

 

Əfqanıstanın iqtisadi göstəriciləri:

 

1 ABŞ dolları = 66.17 Əfqani

 

GDP (PPP) ÜDM-in alıcılıq gücü prioritetinə görə 62.32milyard ABŞ dolları (2015-ci il üzrə)

 

GDP (real growth rate) – ÜDM-in illik artım dərəcəsi 1.5% , dünya ölkələri üzrə 181-ci yer (2015-cil il üzrə)

 

GDP- (per capital) ÜDM-də adambaşına düşən gəlir 1.900ABŞ dolları, dünya ölkələri üzrə 206-cı yer (2015-cil il üzrə)

 

ÜDM-də kənd təsərrüfatının payı 78.6% , sənayenin payı 5.7%, xidmət sahəsi isə 15.7 % təşkil edir.

 

İşsizlik səviyyəsi  35-40% , dünya ölkələri üzrə 193-cü yer

 

Büdcə gəlirləri 1.7 milyard ABŞ dolları, Büdcə xərcləri isə 6.639 milyard ABŞ dolları təşkil edib (2015-ci il üzrə)

 

İxrac 658 milyon ABŞ dolları, idxal isə 7.004 milyard ABŞ dolları təşkil etmişdir. (2015-ci il üzrə)

 

İdxal mallarını əsasən mexaniki avadanlıqlar, tekstil və qida malları,benzin və s. təşkil edir. İxracatı isə tiryək, meyvə, qoz fındıq, pambıq, xalçalar və s. məhsullardan ibarətdir.

 

Əsas məhsul idxal etdiyi ölkələr : Pakistan ( 38%) , Hindistan ( 8%), ABŞ (8%), Çin, Türkmənistan, Qazaxıstan və Azərbaycan (5%)

 

Xarici valyutada və qızılda olan ehtiyatı 6.332 milyard ABŞ dolları (2015-ci il üzrə).

 

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s