Azərbaycanın Bank Sektorunun hazırki vəziyyəti ( SWOT )


img713201383015

Salam Əziz Dost. Bu gün Azərbaycanın Bank Sektorundan danışacağıq. Görək hal-hazırki vəziyyət necədir. Başlayaq 🙂

İlk öncə Bank nədir? sualına cavab axtaraq. Bank pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.

İndi isə Azərbaycanın Bank Sektorunun hazırki vəziyyətini təhlil edək

S (Güclü cəhətlər) : 

1. Sosial şəbəkələrdə aktiv olmaları:

·          Bank of Baku — Sizə Yaxın Bankçılıq
·              Kapital Bank
·              Unibank
·              AGBank
·              Beynəlxaq Bank
·              Bank Respublika
·              Dəmir bank

2. Hər bankın öz missiya, strategiyası, hədəflərinin olması

3. Bank aktivlərinin həcmi davamlı artım göstərərək 1 aprel 2010-cu il tarixə 12 mlrd. manata çatmışdır.

4. Biznes üzrə kiçik, orta və iri sahibkarlığa dəstək olmaq üçün biznes kreditlərinin verilməsi

W (Zəif cəhətlər)

1. Bankların fəaliyyəti müştəri yönümlü deyil, məhsul və xidmət yönümlü olması.  Yeni məhsullar istehsal edildi, təklif edildi, amma müştəri həmişə kənarda qaldı. Onsuz da ölkədə banklara qarşı müstəqilliyə qovuşduğumuz vaxtdan etibarən, inam yox idi, indi də yoxdur. İnsanlar on minlərlə manatlarını yastıqlarının altında saxlamağı üstün tutdular və bu da bank sektoruna pis təsir etdi. Devalvasiyadan sonra banklarla insanlar arasında çox münaqişələr oldu ki, bu münaqişələri indi də həll edə bilmirlər. Elə o münaqişələrlə də banklarımız müştəri məmnuniyyətinin dibinə balta vurdu.

2. Müştəriyə verilən kreditin təyinatına uyğun xərclənməsinə nəzarət edilməməsi. Bunun nəticəsində “Vaxtı keçmiş kreditlər”-in ümumi həcmi “01 sentyabr2016-cı il ”1 milyard 592,9 milyon manata çatıb. 2016-cı ilin əvvəli ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin azı 5,6 faiz, illik müqayisədə isə 19,4 faiz artıb.Bunun qarşısını almaq üçün mütləq nəzarət edilməlidir.

3.Kredit faizlərinin yüksək olması. Hal-hazırda ortalama kreditin FİFD 25%dir. Buna səbəblərdən biri depozit illik faiz dərəcəsinin 10%+ olmasıdır.  Kredit faiz dərəcəsi aşağı olarsa, bankların müştəri sayı artacaq və bankın gəlirlərinə müsbət təsir edəcək.

O (İmkanlar)


1. Banklara dövlət dəstəyi. Dövlət Neft Fondu dollar ilə hərrac keçirir. Misal olaraq, “20sentyabr 2016-cı il” 100mln $ məbləğində vəsaiti hərraca çıxararaq 72,4 milyon dollar məbləğində vəsaiti 20 banka satıb

2. Özəl bankların minimal kapital tələbinin Mərkəzi Bank tərəfindən ardıcıl artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirdi, bank sisteminin iriləşməsini təmin etdi.

3. Bankların sayının azalması. Rəqiblərin sayının azalması bank sektorunda digər bankların bazar payını artırmasına şərait yaradır. Yeni müştərilər əldə edə bilərlər.1. Banklara dövlət dəstəyi. Dövlət Neft Fondu dollar ilə hərrac keçirir. Misal olaraq, “20sentyabr 2016-cı il” 100mln $ məbləğində vəsaiti hərraca çıxararaq 72,4 milyon dollar məbləğində vəsaiti 20 banka satıb

T (Təhlükələr)

1. İnsanların banklara olan güvənin azalması. “01 yanvar 2016-cı il” banklarda ümumi əmanət məbləğinin 9473,9 mln manat olduğu halda, “01 sentyabr 2016-cı il” isə 7931.9 mln manatdır.

2. Bankların nizamnamə kapitalının artırılması. Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə banklara məcmu kapitalı 50 mln. manata çatdırılması nizamnamə kapitalının 50 mln manatdan aşağı olan bankların bağlanmasına gətirib çıxarır.

Hələlik bu qədər. Ümidvaram bəyəndiz. gələn görüşlərə qədər

İstifadə etdiyim mənbələr :

  1.  https://www.bankofbaku.com/
  2. http://zeynnews.com/az/shownews/neft-fondu-herraca-100-milyon-dollar-cixardi/12066
  3. http://www.cbar.az/infoblocks/bank_credit
  4. http://banco.az/
  5. http://www.azadliq.org/a/kredit/28031519.html
  6. http://sia.az/az/news/economy/376495-banklarin-nizamname-kapitalinin-minimum-mebleine-teleb-50-mln-manat-artirilib
  7. http://www.azerbaijan.az/portal/Economy/BankSystem/bankSystem_01_a.html
Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s