“İB kamp” ilə bağlı Gənclər nə düşünür?


13901502_628110844022831_510467890657240246_nSalam Əziz Dost. Necəsən? Ümidvaram yaxşısan. Bu dəfəki söhbətimiz İB klubun təşkil etdiyi Maliyyə kampından olacaq. Hazırsansa başlayaq.

 

Kamp – Maliyyə savadlılığı kampı  Sparkasse Maliyyə Fondunun maliyyə dəstəyi ilə 5-9 Sentyabr(4 gecə, 5 gün) tarixləri arasında  həyata keçirildi. Layihəyə seçim 2 mərhələdən ibarət idi. 1. İstək formu ; 2. Müsahibə.

İndi isə Layihədə iştirak edən 4 gəncin fikirlərini Səninlə bölüşürəm .

 

ilk olaraq Паришан Бандарли : 

IB Club-un təşkil etdiyi “Maliyyə savadlılığı” kampı bizləri, yəni iştirakçılarını əyləndirərək öyrətdi. Adi vaxtda bizə sıxıcı görünə biləcək təlimlər elə gözəl formatda keçirilirdi ki, təlimlərin bitməsini istəmirdik. IB kamp bizə dispilini, həyatımızı rejimə salmağı, tanımadığımız şəxsləri kəşf etməyi, ilk dəfə gördüyümüz insanlarla doğmamız kimi birlikdə yaşamağı öyrətdi. Əminliklə deyə bilərəm ki, bu kamp digərlərindən çox fərqli idi. Bütün təlimlər, oyunlar, party’lər üçün təşkilatçı komanda o qədər can yandırırdı ki, ailəmiz kimi idi kamp mühiti. Kampdakı təlimçilər öz sahələrinin peşəkarları idi. Təlimlərin çoxu maliyyə sahəsinə aid olsa da, təkcə maliyyəni yox, həm natiqliyi, komanda ilə işləməyi də öyrəndik. Bir sözlə, biz 5 gün ərzində gələcək həyatımızda faydalı olacaq biliklər öyrəndik, gələcəkdə də danışılacaq macəralar yaşadıq. Hər şey üçün IB Club ailəsinə təşəkkür 🙂

 

Araz Asadli Kampın  mənfi tərəflərindən danışır: 

1) Kamp müddəti az idi fikrimcə.Çünki biz orda o qədər əla vaxt keçirdik ki heç bilmədik bu 5 gün necə gəlib keçdi.10 gün falan olsaydı çox əla olardı.Başa düşürəm o qədər insanı malliyələşdirmək asan deyil ama mümkün olsa daha yaxşı olardı.

2) Kampda free time çox az idi

3) Keçirilən komanda yarışlarının içində futbol yox idi və məncə bu yaxşı fikir deyildi.Çünki futboldan gözəl 2ci kamanda oyunu elə futbolun özüdü.Hələ o futbolda qızlarda oynasa çox maraqlı olardı məncə.

 

 

Təvəkkül Bağırzadə kamp zamanı əldə etdiyi imkanlardan söz açır: 

  1.  Problemim yaranarkən gözləmədiyim anda tanımadığım insan tərəfindən kömək edilməsi.
  2. Yeni insanlar tanımaq imkanı. Yeni insanlar yeni imkanlar yaradır.

 

Aysel Khalilzade nələri əldə etdiyi barədə məlumat verir :

Neler elde etdiniz deyende ağlima o qeder şey gelirki,hansini 1- ci yazim deye düşünürem. İlk önce onu deyim ki, heyatimda ilk defe idiki kampda iştirak edirdim. Elde edeceyim en 1 ci gözel dostlar,heyatimda gözel xatire qoyacag 5 gün,hem şexsi inkişaf,hem maliyye mövzusunda esasli bilikler elde etdik.Birlik yaradib komanda şeklinde yarişmagi ,qohum,baci-qardaşdan başqa tanimadiğin yad insanlarla da xoş davranmaği,paylaşmaği,aile olmaği öyrendik.

 

Hər birinə Təşəkkür edirəm 🙂 Ümidvaram bəyəndiniz.

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.