Salam Əziz Dost 🙂 Artıq 36-cı dəfədir ki , görüşürük. Sənə sualım var. Sirr deyilsə, bütün günü nə edirsən? Dost və tanışlarına zaman ayırırsanmı? Gün ərzində neçə saat dostlarınla vaxt keçirirsən? Diyəsən çox sual verdim. Son bir sual . Dostlarınla görüş bitir, evə gəlirsən. Evdə də heç kim yoxdur. Getdikcə sıxılırsan . Bu zaman sıxılmamaq üçün nə edirsən? Düşünmə. Bəzi tövsiyyələrim var. Sıxılmamaq üçün bunları edə bilərsən :
- Kitab oxumaq ( Mütaliə etmək ) Sıxılmamaq üçün özümün də istifadə etdiyim üsuldur . Əgər kitab tapa bilmirsənsə, buradan sifariş edə bilərsən. 10-15 dəqiqədən sonra kitab sənin ən yaxın dostun olacaq.
- Ev heyvanı. Pişik, it, dovşan buna misal ola bilər. Evə gəlirsən və heç yoxdursa, ev heyvanının səni pozitiv enerji ilə qarşılamasından gözəl nə ola bilər.
- Rəsm çəkmək. «Axı mən rəsm çəkməyi bacarmıram» düşünürsən bilirəm 🙂 Səndən peşəkarlıq tələb olunmur. Sadəcə cızma qara elə. Bir müddətdən sonra bunda zövq alacaqsan 🙂
- Fil izləmək. Film izləmək üçün öncə öz zövqünə uyğun filmi tapmaqdır. Bilirəm çətin və yorucu gələ bilər. Bunu heç dərd etmə. Buradan tapa biləcəksən.
- Yazı yaz. Fərqi yoxdur nə yazırsan. Ürəyindən nə keçirsə, qeyd elə. Sanki kiminləsə söhbət edirsən. Və yaxud. Kiməsə vərəqdə «Təşəkkür məktubu» yaz.
Ümidvaram bunu oxuyarkən heç sıxılmadın 🙂 Gələn görüşlərədək. Hələlik.
Реклама
və bloq yaz 🙂
НравитсяНравится 1 человек
5-ci bəndə daxildir 🙂
НравитсяНравится 1 человек