Azərbaycanın Milli Biznes Çempionatı olan «Youth in business » in SWOT təhlili


Salam əziz Dost. Uzun müddətdir ki , səninlə görüşə bilmirdim. Düşünürsən ki , niyə? Azərbaycanın Milli Biznes Çempionatı olan “Youth in Business”-də iştirak edirdim. Bu nə çempionatdır?

Youth in Business — Milli Biznes Çempionatı- Almaniyanın «Sparkasse» Maliyyə Fondunun və IB Clubun təşkilati dəstəyi ilə həyata keçirillən Azərbaycanın ilk Milli Biznes çempionatıdır.

Təsisçisi Shamsi Bayram-zadehdir 

Qatılmaqla nə əldə etdim?

— Qısa bir zamanda Biznes ideyamın planlamasını öyrənmək,
— Komanda ilə işləmək, araşdırma qabiliyyətimi inkişaf etdirmək, kütlə qarşısında təqdimat həyata keçirmək, ən önəmlisi isə özümü hərtərəfli inkişaf etdirmək,
— Öyrəndiklərimi tətbiq etmək bacarıqlarına yiyələndim 🙂

 

Köməyə görəMehrac Lətifli Aysel Aghazadeh  yə Təşəkkürlər 🙂

Bu çempionatın müsbət (strength) cəhətləri hansılardır?

·        Azərbaycanın Milli Biznes Çempionatıdır.

·        Öz sahələri üzrə peşəkar münsif heyəti:

 

Hər birinə Təşəkkürlər 🙂

·         Koordinator olan Zeynal Laylabaşov  öz işinə məsuliyyətli yanaşması. 🙂

·         Komandanın nə demək olduğunu anlayırsan.

·         Biznesə maraq yaradır.

·         Biznes planını reallaşdırmağın üçün maddi dəstək verir.

·         Auditoriya qarşısında çıxış.

 

Mənfi ( weakness) cəhətləri hansılardır?

 

·         Komanda işinin təşkili ilə bağlı yığılan komandaların test müddətindən keçirilməməsi (komandalara test sınağında eyibləri öyrədilməlidir ki, yarım final və final sanballı olsun)

·         Layihə üçün ayrılan müddətin az olması ( Minimum 3 ay olmalıdır)

·         MÜNSİFLƏRİN MÜNSİFMİ YOXSA İNVESTOR KİMİ ÇIXIŞ ETMƏLƏRİNİN QEYRİ MÜƏYYƏN OLMASI

·         biznes planın ayrı-ayrı sahələri üzrə ayrı-ayrı mütəxəsislər tərəfindən ən azı bir həftə hazırlaşdırılmaması

·         Kifayət qədər tanınmaması. ( tanınması üçün universitetlərdə PR-ı daha güclü aparmaq lazımdır, yəni hər universitetin rektoru ilə danışıb rektoratlıq səviyyədə PR aparılmalıdır.)

·         Münsiflərin ölkə reallıqlarının ürək açan olmadığı halda komandadan az qala avro standartlar tələb etməsi

·         Saat 15.00 da yekunlaşmalı idi, lakin 17.00 ə kimi uzandı. ( Növbəti çempionatda vaxta riayət olunmalıdır, gec yekunlaşmasına səbəb vaxtında başlamaması idi)

·         Komandaların çempionata hazırlaşmaları üçün şəraitin olmaması ( Universitetlərlə şəxsən özləri danışıb hazırlaşmaq üçün şərait yaratsınlar.)

·         Komanda üzvlərinin 50%-nin eyni universitetdən olması ( komanda üzvlərinin eyni universitetdən olması komandanın həmin universiteti təmsil etməsi deməkdir. 50% — i fərqli yerdən olması məqsədəuyğun deyil )

 

Fürsətləri (Opportunities) hansılardır?

·         Gənclərin marağına səbəb olması ;

·         Universitetlər arası rəqabətə gətirib çıxarması ;

·         Gənclərin öz vaxtlarını səmərəli, faydalı keçirməsinə şərait yaratması nəticəsində hər çempionatda komandaların sayı artmaqdadır.

 

İnkişafına nələr mane olur? (Threats)

 

·         universitetlərlə lazimi əməkdaşlığın olmaması , təlimçilərə nəticədə süni əngəllər yaradır.

·         Hələ də insanların düşüncəsində “Gənc hara , biznes hara” “ Universiteti bitirsin normal maaşa işləsin kifayətdir” fikirlərinin olması.

·         “Vaxtımı boşa itirəcəm”, “Digər çempionatlardakı kimi biznes planımı oğurlayacaqlar” düşünülməsi.

 

Bu səbəbdən səninlə uzun müddət idi ki, görüşə bilmirdim… Ümidvaram hər həftə birlikdə olacağıq. Gələn görüşlərədək 🙂

 

 

Реклама

One comment

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s