Təşkilat rəhbəri olaraq motivasiyanı necə həyata keçirmək lazımdır?


скачанные файлы

Motivasiya prosesini həyata keçirmək üçün işçi heyəti yaxşı tanımaq əsas şərtdir. Rəhbərlik motivasiya prosesini həyata keçirmək üçün ilk öncə motivasiya dərəcəsini ölçmək lazımdır. Sonra isə işçilərin motivasiya ehtiyaclarını müəyyən etmək lazımdır.

Motivasiya dərəcəsini ölçən zaman statistika və müsahibə, anket sorğu üsullarından istifadə edilməlidir. İşçilərin aldığı əməkhaqqı dərəcəsi digər şirkətlərdəki əməkhaqqı dərəcəsi ilə müqahisə edilməli, işçilər arası əməkhaqqı dərəcəsi müqahisə edilir, təşkilatın əməkhaqqı siyasəti ilə ölkənin rifahı arasındakı yuğunluğu müqahisə etmək lazımdır. Anket metodu daha çox işçiyə fərdi yanaşma ilə əlaqədardır. Bu zaman müəyyən bir sorğu anketi tərtib edilir. Verilən cavabların qarşısında müvafiq ballar qeyd edilir. Ən çox bal toplayan işçilər yüksək motivasiyalı, ən az bal toplayan işçilər isə zəif motivasiyalı hesab olunur. Bu təhlillər aparıldıqdan sonra motivasiya ehtiyaclarını müəyyən etmək lazımdır. Bunun üçün işçilərini yaxşı tanımalısan, onların xoşladıqları və ya xoşlamadıqları şeyləri güclü və zəif tərəflərini bilmək lazımdır. Bu səbəbdən işçilərlə psixoloji sorğular keçirmək, onlarla ünsiyyət qurmaq vacibdir. Motivasiya ehtiyacları müəyyən edilərkən əsasən iki formada özünü biruzə verir: əsas və tamamlayıcı. Əsas ehtiyaclar fizioloji ehtiyaclardır. Tamamlayıcı ehtiyaclar isə mənəvi, sosial-psixoloji ehtiyaclardır. Motivasiya ehtiyaclarını müəyyən etdikdən sonra onları ödəmək üçün tədbirlər planı hazırlamaq lazımdır. Bunlara aşağıdakılar aiddir:

İşçilərə işdə sərbəstlik vermək lazımdır. İşçiyə öz komandasını qurmaq,nəticəyə gedən yolda öz iş prosedurunu qurmaq və hətta daha yaxşı işləyən işçilərə iş qrafikini sərbəst qurmaq səlahiyyətini vermək olar.

İşçinin təşkilat üçün nə qədər dəyərli olduğunu ona bildirmək lazımdır. İşçiyə qazandığı nəaliyyətə gorə təşəkkür etmək, onu işçilər qarşısında tərifləmək işçiyə təşkilat üçün dəyərli olduğu hissini bəxş edir. Eyni zamanda digər işçilər üçün stimul yaradır.

Menecer olaraq işçilərin təhsilini artırmaq da motivasiyanın bir formasıdır. Çünki işçi ixtisaslı olduqda iş ona daha asan gələcək və o işindən zövq alacaq. Bunun üçün işçiləri ixtisasartırma kurslarına, treninqlərə göndərmək lazımdır. Bu kurslarda iştirakdan sonra işçinin əməkhaqqısını az miqdarda artırmaq və ya müəyyən bonuslar vermək işçinin həm ixtisasını artırmasına həm də işini daha peşəkar qurmasına motivasiyanı yüksəldəcəkir.

Təşkilatda işçilərin təklif və iradarını birbaşa rəhbər şəxsə çatdırmaq üçün müəyyən işlər görmək lazımdır. Məsələn təklif və şikayətlər üçün qutuların qoyulması, portalların, email unvanlarının yaradılması və ya ümümi iclasların keçirilməsi. Bu halda işçi iş prosesində və ya təşkilatın həyata keçirdiyi hansısa siyasət zamanı onu narahat edən problemləri birbaşa ifade etməkdən çəkinmir. Bununla bərabərr işçiləri təklif və iradlarına nə zaman baxılacağı, nə qədər müddətdə cavablandırılacağı və iqtisadi və sosial fayda verəcək təkliflərin necə mükafatlandırılacağı haqqında dəqiq məlumatlandırmaq lazımdır.

İşçiləri təşkilatın idarə işlərinə, məqsədlərin seçilməsi prosesinə cəlb etmək lazımdır. Bu işçiləri həm monoton iş prosesindən uzaqlaşdıracaq, həm də onların özlərini önəmli hiss etməsinə səbəb olacaqdır. Bu isə işçinin təşkilata bağlılığını artıracaq və kadr axıcılığını azaldacaqdır.

Təşkilatda ictimai fəaliyyətlər təşkil etməklə də işçiləri motivləşdirmək olar. İctimai fəaliyyət planı hazırlamaq, bu planı reallaşdıracaq səlahiyyətli işçiləri müəyyən etmək, ictimai fəaliyyətlərin büdcəsini hesablamaq və s. bu prosesi təşkil etmək olar.

İşçilərin vəzifələrinin artırılması onları motivasiya edir. Bu həm işçini özünüinkişafa sövq edir, rəqabət mühitini formalaşdırır və işçini yüksəlmək üçün təşkilatdan ayrılmaq fikrindən döndərir. Yəni işçi özünün inkişafında təşkilatı maneə deyil fürsət olaraq görməsini təmin edir.

Motivasiya ehtiyacları ödənildikdən sonra işçilərin motivasiya vasitələrindən məmnunluq dərəcəsini müəyyən etmək lazımdır. Bunun üçün sorğu vasitələrindən istifadə olunur. Müəyyən suallar hazırlandıqdan sonra işçilər arasında sorğu keçirilir. Bu sorğunun keçirilməsi işçilərin məmnunluğunu öyrənməklə yanaşı yeni motivasiya prosesi üçün informasiya mənbəyi rolunu oynayır.

Yuxarıda qeyd etdiyim motivasiya prosesi dövri və daimi xarakter daşıyır. Yəni mütəmmadi olaraq işçi heyət motivasiya edilməlidir.

Motivasiya prosesi düzgün qurulmadıqda bu işçilərin demotivasiyasına gətir. Demotivasiyanın səbəbləri kimi monoton iş prosesini, işdən məmnunluğun olmamasını, ədalətsiz qiymətləndirməni, bərabərliyin olmamasını və s göstərmək olar.

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s