Dünyada ən çox əcnəbi işçilər hansı ölkələrdə işləyir?


employee

      Əl-Cəzirə araşdırma mərkəzinin hesablarına görə ən çox əcnəbi işçilər Körfəz ölkələrinin payına düşür. Körfəz İşbirliyi Şurasına üzv olan ölkələrdə toplam 17 milyondan artıq əcnəbi işçilər müxtəlif sektorlarda çalışır ki, bu ölkələrdə kapital transferi 80 milyard$ həcmindədi. Zəngin neft və təbii qaz yataqlarına sahib olan Körfəz ölkələrində (Qətər,Səudiyyə Ərəbistanı,Kuveyt,BƏƏ Oman) yerli əhalinin gəlirlərinin yüksək olması nəticəsində aşağı və orta gəlirli işlərə maraq göstərməməsi, əcnəbi işçilərə olan təlabatı çoxaldır. Ən çox əcnəbi işçi sayı isə Səudiyyə Ərəbistanın payına düşür(9 milyon nəfər), 2-ci yerdə BƏƏ (4 milyon ), sonrakı yerlərdə isə Kuveyt (1.5 milyon),Qətər (1.1 milyon), Oman (900 min) Bəhrəyn (500 min nəfər) gəlir. Əcnəbi işçilər əsasən Misir,Suriya,Livan, Pakistan və s. Aşağı gəlirli ölkələrdən gəlirlər. Körfəz Araşdırma Mərkəzinin hesablamalarına görə, əcnəbi işçilər Bəhreyn əhalisinin 52 % , Qətər əhalisinin 85 %, Səudiyyə Ərəbistan əhalisinin isə 32.7 % təşkil edir. Ümumilikdə isə əcnəbi işçilər Körfəz ölkələri əhalisinin 42 % təşkil edir. Ümumi Kapitalın ixracına görə Səudiyyə Ərəbistanı 35 milyard $, BƏƏ 16 milyard $, Kuveyt 12 milyard $, Qətər 8 milyard $  və Oman 7.5 milyard $ – la  ümumilikdə il ərzində orta hesabla 80 milyard $  kapital ixrac olunur.

 

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.