“General Motors” SWOT analizi


11703051_822796031150347_1767438769842733881_n

General Motors və ya GMDünyanın ən iri avtomobil və ehtiyat hissələri istehsal edən transmilli ABŞ şirkəti hesab olunur. Şirkətin əsası 1908-ci ildə Uliyam Dyurant tərəfindən qoyulub, hazırki prezidenti Dan Amman , baş icraçı direktoru isə Marri Barradır. GM baş ofisi Miçiqan ştatının sənaye şəhəri hesab olunan Detroyitdə yerləşir.

GM dünyanın 37 ölkəsində 13 dünya markası adında avtomobil istehsal edir və dünyanın 120-dən çox ölkəsi ilə biznes əlaqələri mövcuddur. Əsas markalar:  AlpheonChevroletBuickGMCCadillacHoldenHSVOpel,Vauxhall və s.

Hal hazırda şirkətdə çalışanların sayı 216 min nəfərdir.

GM-in aktivlərinin ümumi dəyəri 177 milyard $, əməliyyat gəlirləri 3.1 milyard $, xalis gəliri isə illik təxminən 4 milyard $.

General Motorsun SWOT analizi

STRENGHTS : (GÜCLÜ tərəfləri)

  • Şirkət 77 il ərzində avtomobil satışı üzrə dünyada lider olub;
  • GM dünyanın 150-ə yaxın ölkəsində biznes əməliyyatları həyata keçirir;
  • Çin kimi geniş bazarda  şirkət öz liderliyini qoruyub saxlamışdır;
  • “Kadillak”, “Şevrolet” , “Buick”, “GMC” kimi markalar Çin və ABŞ da rekord sayda satış həyata keçirirlər (təxminən 5 milyon nəqliyyat vasitəsi)

WEAKNESSES: (zəif tərəfləri)

  • Şirkətə məxsus avtomobillər və onların ehtiyat hissələrinin bazardakı rəqiblərə nisbətdə baha olması;
  • Şirkətə məxsus markaların çox olması, eləcə də bazarda tez-tez satılması və yeni növ avtomobil markalarının alınması müştərilərə çətinlik yaşadır. Səbəb isə bu barədə müştəriləri gec məlumatlandırmaqdı.Yəni müştəri markanın GM-ə aid olub-olmadığını çətin müəyyən edir;
  • Ötən illərdə GM təxminən 120 minə yaxın avtomobili geri qaytarıb. Problem əsasən mühərrik sistemində yaranmışdır. Məhsulların kütləvi şəkildə geri qaytarılması şirkətin nüfuzuna ciddi təsir edir.

 

OPPORTUNITIES: (imkanları)

  • Ekoloji cəhətdən təmiz olan nəqliyyat vasitələrinə müsbət yanaşma, gələcəkdə alıcıların hibrid və elektriklə işləyən avtomobillərə üstünlük verməsi;
  • Müştərilərə yanacaq az tələb edən və ölçüsü daha kiçik olan nəqliyyat vasitələrinin təqdim edilməsi

 

THREATS (təhlükələri)

  • Yanacaq qiymətlərinin dəyişkən olması. Əgər yanacaq qiymətləri sürətlə düşərsə GM-un hibrid və elektrik ilə işləyən bahalı məhsullarına maraq azala bilər;
  • Xammal məhsullarının qiymətinin artması şirkətin xərclərini dahada çoxaldır;
  • GM 77 il ərzində avtomobil sahəsində lider olsa da, 2008-ci ildə öz mövqeyini Koreya və Yaponiya avtomobil şirkətlərinə təhvil verdi. Yapon və Koreya maşınları ucuz və yüksək keyfiyyətinə görə müştəriləri tez cəlb edə bildi;
  • Çin GM üçün ABŞ-dan sonra ikinci böyük bazar hesab olunur, Çin Yuanın dollara nisbətən xeyli zəifləməsi şirkətin Çindəki aktivlərinə mənfi təsir edir.

 

 

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.