“SOCAR” SWOT analizi


11802587_146323209034849_3194583158243957603_o

SOCAR(ARDNŞ)Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –  Xəzərin Azərbaycan sektorundan neft və qazın çıxarılması, daşınması, emalı və istehlakı üzrə ixtisaslaşmış və inteqrasiya etmiş şirkət hesab olunur. ARDNŞ 1992-ci il 13 sentyabr tarixində Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında yaranmışdır. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir. Hazırki prezidenti isə Rövnəq Abdullayevdir.

 

ARDNŞ-ın Gürcüstan, Rumıniya, Ukrayna və İsveçrədə çoxlu sayda yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. 2013-cü ildə Azərbaycandan istehsal olunan rekord həddə 43 milyon ton neftdən 8.3 milyon tonu, 29 milyard kub metr qazın isə 7.1 milyard kubu şirkətin payına düşürdü. Ötən ildə şirkətin cəmi aktivlərinin dəyəri 24 milyard dollar,  cəmi kapitalının dəyəri 11 milyard dollar, əməliyyat gəlirləri isə 1.7 milyard dollar təşkil edib.

Şirkətin SWOT analizi:

Strenghts ( güclü tərəfləri)

  • ARDNŞ ölkə iqtisadiyyatında çox böyük rol oynayır
  • ARDNŞ, eyni zamanda, “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz”də (müvafiq olaraq 11,6461 faiz və 10 faiz) neft hasilatı və kəşfiyyatı üzrə iri beynəlxalq layihələrdə minoritar səhmdar və dövlətin təmsilçisidir.
  • Şirkətin işçilərinin sayı 70000 nəfərə yaxındır

 

Weaknesses (zəif tərəfləri)

  • Texniki avadanlıqlarına və işçilərin təhlükəsizliyinin təmin olunması görə digər şirkətlərdən (BP və s.) geri qalması

 

Opportunities ( imkanları)

  • ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır
  • ARDNŞ və  BPLukoylNİCOStatoil,TPAOTOTALşirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır

 

Threats (təhlükələri)

  • Alternativ enerjiyə yatırımların azlığı bazarda rəqibləri ilə rəqabəti çətinləşdirir
  • Neftin Dünya bazarında qiymətinin aşağı düşməsi
  • kredit reytinqləri xidməti ARDNŞ-ın xarici və yerli valyutada olan uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində saxlayıb. Reytinqin proqnozu “Neqativ”dir
Advertisements

“SOCAR” SWOT analizi” üçün 3 şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.