Wal-Mart Stores. SWOT analizi


 

1350walmart_detail

Wall Mart  Stores – dünya miqyasında  ən böyük pərakəndə satış həyata keçirən  mağazalar şəbəkəsidir. Şirkətin baş ofisi ABŞ-ın Arkanzas Ştatının  Bentonvil şəhərində yerləşir.1962-ci ildə əsası Sam Valton tərəfindən qoyulub. Hal hazırda Şirkətin aktivlərin 52 %-i  Valton ailəsinə məxsusdur. Dünyanın 28 ölkəsində 11 mindən çox mağazaları fəaliyyət  göstərir və 2 milyondan çox insan bu mağazalarda çalışır ki, bunun 1.4 milyonu ABŞ-ın payına düşür.

Şirkət Fortuna biznes jurnalının təsis etdiyi “Fortune Global 500” reytinq cədvəlində gəlirlərinə və işçilərin sayına görə 1-ci yerdə qərarlaşıb.

2014-cü ildə şirkətin ümumi gəlirləri 487 milyard $ , Şirkətin illik gəlirləri  16 milyard $, aktivlərinin dəyəri isə 203 milyard $ təşkil edib.

 Şirkətin SWOT analizi:

Strengths (güclü tərəfləri) :

  • Şirkətin ABŞ-da 4000 dən çox mağazası var və mağazalar arası şəbəkə yüksək səviyyədə təşkil olunub, məhsullar vaxtında mağazalara və müştərilərə çatdırılır
  • Mağazalarda olan məhsulların keyfiyyəti və qiyməti müştəriləri qane edir

 

Weaknesses (zəif tərəfləri) :

  • Məhsul çeşidinin həddən çox olması müştərilərin rahat seçiminə mane və onların zaman itkisinə səbəb olur
  • Şirkət öz maliyyə xərclərini azaltmaq üçün son illərdə çoxlu sayda işçini ixtisara salıb. Bununla da işçilərin şirkətə olan etibarı azalıb
  • Son illərdə şirkət yüksək iş şəraitinin olmaması və korrupsiya hallarına görə tez-tez tənqid olunur və bu hal şirkətin nüfuzuna mənfi təsir edir

 

Opportunities (imkanları) :

  • Şirkət daha inkişaf etmiş ölkələrdə öz mağazalarının sayını artırmaqla gələcək gəlirlərini yüksəltmək imkanlarını yaradır.
  • Son 10 ildə şirkətin öz istehsal etdiyi məhsulların satışından əldə etdiyi gəlirlər 40 faizdən çox olub. Bu hal şirkətin gələcək gəlirlərinin stabil və artan tempdə olmasını təmin edir.

 

Threats (təhlükələri) :

  •  Yerli və qlobal bazarda rəqiblərinin çox olması, həmçinin son illərdə müştərilərin online alış-veriş vasitəsi ilə digər mağazalara üz tutması
  • Xarici ölkələrdə baş verən iqtisadi və siyasi böhranlar şirkətin həmin ölkələrdəki mağazaların fəaliyyətinə mənfi təsir göstərir.

 

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.