Addımlarımızı müəyyənləşdirmək vacibdir :)


12190107_526013470890510_7965661053196178886_n

Əgər mən əlimdəkilərdən daha artığına sahib olmaq istəyirəmsə, indiki biliklərdən daha çoxuna nail olmalıyam. Öz işimdən daha çox çalışsam, gələcək həyatımı qura bilərəm. Amma mən özümə işləməliyəm, çünki yolun sonunda sərvət gözləyir. Biz hər zaman öz hədəflərimizi və bacarıqlarımızı inkişaf etdirməliyik. Özümün və ailəm üçün bəlli hədəflərim var. Əgər satış ilə məşğul olacağamsa, müştərimi necə tapmağı öyrənməliyəm. Sonra həmin müştərilərin əlavə alıcı gətirməsi üçün çalışmalıyam, çünki belə olması mənim işimə daha çox yarıyar və həmin müştəriləri itirməmək üçün əlimdən gələni etməliyəm. Bizə alıcı qazandıran insanlar tək başımıza tapa bilməyəcəyimiz qədər müştəri qazanmağımıza yardım edirlər.

Əgər əla bir layihəm varsa, insanları mənə qatılmaları üçün cəlb etməliyəm. Bunun üçün həmin insanları axtarmalıyam, ümid etməməliyəm ki, kimsə qatılacaq. Fürsət qapılarını açmaq istəyirəmsə, həmin qapıları döyməliyəm.

İnsanların bərabər işləməsini təşkil etsəm, pulum daha çox artar. 2-3 İnsan ortaq bir məqsəd üçün birləşirlərsə, heçnə imkansız deyil. Tək başımıza olduğumuzda çox zaman həqiqətən çətin olur. Hər hansı bir insanın mənə qatılmasını istəyirəmsə “gəl bu işi edək” deməliyəm, çünki “gəl edək” güclü təsir edən bir sözdür.

İnsanları hər kiçik ilərləmələrində təbrik etməliyik. Lazım olduğu qədər kiməsə kömək etsək, həmin insanların sahib olmaq istədiklərinə yardım etmiş oluruq, Bu zaman biz də öz istədiklərimizə nail ola bilərik

Ünsiyyət qurmağı bacarmalıyıq. Öncə məşq etməliyik, yəni öz əli ilə iş edən biri kimi. Sonra həyat haqqında informasiya verməliyik. Və son ünsiyyət qurmaq bacarığı isə insanlara ilham verməkdir. Ən əsası, necə bir hədəf təyin etməyi öyrənməkdir. Yəni, hər oxuyacağım kitabların, getmək istədiyimi yerlərin, kiminlə tanış olmaq istəyirəmsə həmin insanların siyahısını tutmalıyam.

Böyümək və inkişaf etmək üçün öyrənmə istəyimi artırmalıyam.

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.