LİDERLİK NƏDİR?


image

     Əgər doğru düzgün çevrəmiz yəni dost tanışlarımız olsa, biz hədsiz işlər bacara bilərik. İnsanlara yaxşılıq etsək, mütləq qarşılığını görərik. Digərlərinə yardım etmə səbəbimiz bizə verilən əmrlər deyil, hisslərimiz, digər insanlara qarşı olan mərhəmət, güvənimizdir. “Mənə inan” deməklə insanların sizə inanması çətin məsələdir. İki insana işbirliyi etmələrini söylədik diyə razı sala bilmərik. Biz onlara bunları hiss etdirməliyik. Dünya təhlükələrlə, həyatımıza, həyat motivasiyamıza mane olmağa çalışan hadisələrlə doludur. Bunun qarşısını almaq üçün lider olmaq lazımdır. Lider gedişatı bəlli edər. Bir lider təşkilat daxilindəki insanların həyatını və inamını qorumalıdır. Çünki bu insanlar özlərini təhlükəsizlikdə hiss etsələr iş yerini tərk etməzlər. Və nəticədə gözəl işlər əldə olunar. Təşkilat daxilində özümüzü təhlükəsizlikdə hiss etdiyimizdə bacarıqlarımızı və güclü tərəflərimizi birləşdirib təhlükələrə qarşı mübarizə apara bilərik.
     Söhbət liderlikdən gedirsə, biz sırf tələblərimizə uyğun formada hərəkət etməyə yol verməməliyik. Hər bir şəxsin düşüncə forması önəmlidir.Biz yaxşı olan hər hansı xarakter və yaxud xüsusiyyətə görə qiymətləndirməyi lazımi bilməliyik. İnam böyük qüvvədir.Bu formalı davranış inama yol açandır. Çevrə liderlik sənətinin özülüdür.Bu hisslərin zəmbilvari bağlılığı vasitəsilə hər kəsin bir mərkəzə olan itaətini ifadə edir. Səmimi, atılan hər addıma ilk olaraq lider şəxsin münasibəti, qayğılı rəftar inam bağlarını əsaslə şəkildə formalaşdırar. Hisslərin vəhdəti üzərimizə götürdüyümüz hər bir öhdəliyin layiqincə, mükəmməl formada yerinə yetirilməsinə zəmin yaradır. Bu zaman ətrafımızda söylədiyimiz hər fikrə, etdiyimiz hər əmələ zövqlə yanaşan insanlar getdikçə artmaqdadır. Artım qorxulardan uzaq, özgüvən hissinin komfortlu təşkil olunmuş sahəsində dahada nəzərə çarpacaq dərəcədə inkişaf edir. Hər kəs biri üçün, biri hər kəs üçün.

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s