Ünsiyyət zamanı ən çox edilən səhvlər


İnsanlarla daima ünsiyyətdə oluruq. Çox zaman xətalara yol veririk. Biz bu xətaları bilməliyik ki, qarşımızdakı ilə ünsiyyət müvəffəqiyyətli olsun.

Günlük həyat daxilində insanlarla ünsiyyət zamanı etdiyimiz xətalar:

Qarşımızdakı ilə əmr verərək danışmaq. Bəlkə biz fərqində belə deyilik, amma səs tonumuz sərtdir. Qarşı tərəfin bəzi vəziyyətlərdə istədiyimiz nəyisə etməsinə razı olmasına baxmayaraq, əmr verərək danışarsaq, ünsiyyəti məhv etmiş olarıq. Bu səbəblə lazım olmadıqda əmr verərək danışmaq olmaz.

Həddindən artıq xahiş edərək danışmaq.  “Xahiş etsəm, bunu edə bilərsənmi?” dən istifadə etmək. Ola bilsin bunun faydalı olan mühit var, amma əksər hallarda buna bənzər ifadə şəkli qarşımızdakı insanda bizim özümüzə inam olmadığını düşünəcək, xahiş rica edə bilərik,amma sinonim sözləri eyni cümlədə işlədərsək, mənfi təəssürat  yaratmış olarıq. Çox xahiş etməkdən mümkün qədər uzaq olmalıyıq.

Qışqıraraq danışmaq. Qışqırmaq bəzi vəziyyətlərdə işə yaraya bilər, amma çox zaman qarşımızdakı insanda geri çəkilmə hissi yaradar, ünsiyyətimizi məhv edər. Əgət qarşı tərəf özünü təzyiq altında hiss edərsə, müdafiyə vəziyyətinə keçəcək. Bu zaman biz nə izah etsək də, faydası olmayacaq. Bu səbəbdən səsimizin tonunu tənzimləmək müləqdir.

Sətiraltı mesajlar vermək. Günlük həyatımızda ünsiyyət zamanı buna bənzər ifadələr ünisiyyətə mənfi təsir edir. Əgər bunu etdiyimizin fərqindəysək, istifadə etməmək daha müsbət ünsiyyət qurmağımıza imkan yaradacaq.

Çox detallı danışmaq.  Bəzən nəyisə izah edərkən çox detaldan istifadə edirik. Məsələn bir ünvanı deyərkən ətraflı şəkildə izah edərsək, əsas mövzudan yayına bilərik. Bunun müsbət olduğunu düşünürük. Qarşımızdakı insan danışığımızın bir hissəsindən sonra anlamayacaq və ünsiyyətimizə zərər vuracaq. Bu səbəbdən başa salmağa çalışdığımız mövzunu mümkün qədər ən az sözlərlə izah etməliyik.

Məsləhət vermək. Öyüdlərn 90%- i dinlənilmir. Birinə məsləhət verərkən “Bunu elə, onu eləsən daha yaxşı olar.” tipli ifadələrdən istifadə edirik. Kimsənin kimsədən zəkası üstün deyil. Məsləhət verilməz, qarşımızdakı insan tələb edərsə, yardım etməyimizi istəyirsə, o zaman verməliyik. Əgər qarşı tərəf tələb etməzsə, biz öz özümüzə dayanmadan insanların nəsə etmələrini söylərsək, sözümüzün heç bir dəyəri olmaz.

Hər şeyi bilirik kimi özümüzü göstərmək. Məsələn, dostumuz bir maşın alır, biz “ bu maşın çox yandırır, 2ci ələ satmaq çətin olar” tipli ifadələrdən istifadə etməməliyik. “Xeyirli olsun” deməliyik. İnsanlar hər şeyi bilə bilməzlər. Bəlkə biz yardım etmək istəyirik, amma nə qədər çox söz işlədərsək, söylədiyimiz sözlərin dəyəri bir o qədər azalacaq. Əgər həmin mövzudan biliyimiz azdırsa, o zaman daha az danışmalıyıq.

 Əksini iddia etmək. Biz nəyisə izah etsək bəzi insanlar bunun əksini iddia edə bilərlər. Belə bir vəziyyətdə ünsiyyəti soyuda bilər. Qarşı tərəf müdafiyə vəziyyətinə keçəcək və ünsiyyət elə oradaca dayanacaq. Belə bir xasiyyətimiz varsa, öhdəsindən gəlməliyik.

 Tənqid etmək. Tez-tez tənqid etdiyimiz zaman ünsiyyət o anda kəsiləcək. Bu səbəblə şərtsiz razılaşma ilə başlasaq, ünsiyyətimiz mükəmməl olacaq.

Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s