Ünsiyyət zamanı 7 ölümcül səhv


ünsiyyət

 

Insan səsi:  Hamımızın ifa etdiyi bir alətdir. Böyük ehtimalla ən qüvvətli, eyni zamanda müharibə başlada bilən səsdir. Amma bir çox insan danışdıqları zaman insanların onları dinləmədiyini təcrübə etmişdir. Bunun səbəbi nədir? Hansı tərzdə danışmaqla dünyanı dəyişdirə bilərik?

Dəyişilməsi vacib olan 7 vərdişimiz var:

1. Dedi-qodu. Orada olmayan biri haqqında mənfi danışmaq. Bu, yaxşı bir

alışqanlıq deyil və gözəl bilirik ki, bizimlə dedi-qodu edən insan 5 dəqiqə

sonra bizim haqqımızda da bunu edəcək.

2. Mühakimə etmək. Bu tip insanları əla tanıyırıq. Əgər tənqid edildiyimizi hiss edərsək, həmin tip insanı dinləmək çətinləşər.

3. Pessimislik. Bu vəziyyətə hər birimiz düşə bilərik. Bu tip insanları dinləmək asan deyildir. Çünki bunlar hər hadisəyə neqativ tərəfdən baxırlar.

4. Şikayət etmək. Bizim ən çox şikaət etdiyimiz mövzular hava haqqında və siyasətdir. Bu, yoluxucu bir xəstəlikdir.

5. Bəhanələr. Bir çoxumuzda mövcuddur. Onlar bunu hər kəsə ötürərlər, yayarlar və hərəklərinə görə məsuliyyəti öz üzərinə almazlar. Buna görə bəhanə gətirən insanlarla ünsiyyətdə olmaq çətindir.

6. Uydurmaq, şişirtmək. Əslində bunlar dilimizin şeytanlarıdır. Məsələn, əgər həqiqətən möhtəşəm nəsə görərsəm, o hadisəni olduğu kimi danışmalıyam. Şişirtmə daha sonra yalana çevrilir və bizə yalan söylədiyini bildiyimiz bir insanı dinləmək istəmirik.

7. Hökmlü danışmaq. Hər hansı bir insan bizi fikirləri ilə bizə hücum edirlər, sanki onlar düz imiş kimi. Bunları dinləmək çətindir.

Əgər dünyanı dəyişdirəcək gücdə danışmaq istiyirsək, bunların üzərində dayanmalıyıq. Bu vərdişlər belə tələffüz olunur. İfadə “Salam” (HAİL) və tam olaraq doğru təsvirdir. Bu, isti, coşqulu, həyəcanlı bir salamlamadan bəhs edilir ki, əgər (HAİL) üzərində durarsaq, dediyimiz sözlər başa düşüləcək:

1. H – Honesty       – dürüstlük, yəni ki, söylədiklərimizin doğru, açıq və aydın

olması

2. A – Authenticity – originallıq, sadəcə özümüz olmaq.

3. İ – İntegrity         – doğruluq, sözünün ağası olmaq.

4. L – Love             – sevgi, insanların yaxşı olmalarını tələb edən sevgi

mənasında.

Əgər insanın yaxşı olmasını istiyirsək, onu ittiham etməkdən çəkinməliyik

P.S. Sizə və özümə ünsiyyət zamanı bunları etməməyi tövsiyyə edirəm. Bunlar haqqında müsbət düşünmək üçün daima neqativ fikirləri beynimizdən kənarlaşdırmalıyıq. İnsanları mühakimə etməklə sanki nəyəsə nail oluruq. Əslində özümüzə düşmən qazanırıq. Hadisələri şişirtmədən, olduğu kimi qarşımızdakına çatdırmalıyıq.

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.