Uğurlu fikirlər necə yaranır


Ilham verici anları təsvir etmək üçün istifadə etdiyimiz zəngin söz bazamız var. “Beynimizdə bir an şimşək çaxması, ilham gələrkən donub qalmaq” kimi deyimlərimiz var. Bütün bu anlayışlar, hər nə qədər dəbdəbəli sözlər olsalar da bir fikrin möhtəşəm və aydınladıcı bir anda ortaya çıxan tək bir anlayış olduğu mühakiməni bölüşürlər. Məncə, başlanğıcda yeni bir fikir əslində, təməlinə getsək, görərik ki, bu bir şəbəkədir. Beynimiz içərisində bunlar baş verir: Bir fikir, yeni bir fikir, beynimizin içində bir – biri ilə sinxronizə ilə alovlanan yeni bir sinir şəbəkəsidir. Daha əvvəl ortaya çıxmamış yeni bir düzülüşdür.
Bu tip yeni şəbəkələrin yaranmasının daha çox olduğu mühitlərə beynimizi necə götürə bilərik? Maraqlı olan budur ki, xarici dünyamızdakı bu tip şəbəkə sturkturları insan beyninn içindəki şəbəkə quruluşu ilə eynidir.
Timoty Prestero adlı bir insanın “Vacib dizayn” firması var. Bu qrup, inkişaf etməkdə olan ölkələrdə öndə gələn məsələlərdən olan uşaq ölümünə qarşı cihaz düzəldiblər. Yeni doğulan uşaqları istiliklə təmin edərək tələf olmaların sayını azaldıblar. 40min $ dəyərində olan bu cihazı Afrikada orta böyüklüyündə kəndə yollasaq, 1 və ya 2 il problemsiz işləyəcək. Amma bir müddət sonra hər hansı bir hissəsi sıradan çıxacaq, xarab olacaq və sonsuza qədər işləməyəcək. Səbəb budur ki, bu cihaza ehtiyyat parça təmin edəcək bir sistem, düzəldəcək bir mütəxəssis yoxdur. Bunun əvəzinə bütünü maşın ehtiyyat parçalarından ibarət olan “Yenibakım cihazını düzəltdilər. İçərisi bütünlüklə maşın parçalarından ibarətdir. Təmir edilməsi də çox rahatdır. Bu, həqiqətən əla bir fikirdir.
Digər insanlardan, bizə nələrsə öyrətmiş olan adamlardan fikirlərini soruşarıq və bu fikirləri bir-birinə qataraq , yeni nəsə yaradarıq. Yeniliyin ortalığa çıxmasına səbəb budur. Bu, həm də yenilikçilik və dərin düşüncə ilə əlaqədar beynimizdəki bəzi modelləri də dəyişməmizin lazım olduğu mənasına gəlir.
Hamımız, laborotoriyada çalışan bir elm adamı düşündüyümüzdə ağlımıza elm adamının mikroskopun başında olarkən araşdırdığı toxuma nümunəsi nəsə görür və birdən “Evrika!” super bir fikir gəlir ağlına. Amma araşdırmalar sübut edir ki, ortalığı qarışdıran dərəcədə güclü fikirlərin heç biri tək başına laborotoriyada, mikroskop altında ortaya çıxmadı. Bu fikirlər həftəlik laborotoriya toplantısı vaxtı konfrans masası ətrafında hər kəsin bir araya gələrək, əllərdəki ən son məlumatları və hətta etdikləri xətaları paylaşdıqları zamanlarda ortaya çıxdı.

Реклама

One comment

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

w

Connecting to %s