Liderliyin mərhələləri


Liderlik irəliləyiş, hərəkətdir, yəni isim deyil feldir. Liderliyin 5 mərhələsi var :

1-ci mərhələ. Başlanğıc mərhələsidir. Bu “Position” mərhələsi adlanır. Hər kəs vəzifə, status uğrunda liderliyə başlayırıq. İnsanlar bizim qərarlarlarımızı izləməyə məcburdurlar. Çünki biz müdirik və təbii olaraq bizim addımlarımızı izliyirlər. Bunlar rəhbərdirlər amma əla lider deyillər. Vəzifə bizi lider etməz. Bu mərhələnin üstün cəhədləri: imkan yaradır ki, biz liderliyin nə olduğunu öyrənək. Mənfi cəhəti: bizimlə olan insanlar öz bacardıqlarından daha az güc və enerji sərf edəcəklər. Yəni ki, sizin sözünüz keçdiyi üçün işə daha az əmək sərf edəcəklər, həvəssiz olacaqlar. Çünki insanlar lider kimi izləməyə məcbur olduqları insanları sevməzlər.

2-ci mərəhələ. “Permission” mərhələsi. Bu mərhələdə 1-ci mərhələdən fərqli olaraq, insanlar bizi özləri istədikləri üçün izləyirlər. İnsanlar məcburdurlar diyə yox, istədiklərinə görə izliyəcəklər. Artıq biz insanlarla ünsiyyətdə olmağa başlamışıq və getdikcə öz komandamıza xoş oluruq. Liderliyə vəzifə olaraq sahib olanlar insanlar tərəfindən sevilmirlər. Bu mərhələ olan liderlər 3şeyi əla edirlər : əla dinləyirlər, yaxşı müşahidə edirlər və daima öyrənirlər.

3-cü mərhələ. “Production” mərhələsi. Bu mərhələdə vəzifəcə bizdən aşağı olan insanlara dəstək oluruq və əsl lider kimi effektiv olmağa başlayırıq. Buna səbəb biz artıq yaratmağa başlayırıq və komandamız üçün örnək adam oluruq. Nəticədə insanlar daha məhsuldar olmağa çalışırlar, öz liderlərini izləyirlər. İnsanları
Istiqamətləndirmək üçün lider göstərməlidir ki, mən bu yolu keçmişəm, olmuşam və s. Bu mərhələnin üstün cəhəti: biz yaradıcı olduqca, özümüzü inkişaf etdirdikcə, gücə sahib oluruq.

4-cü mərhələ. İnsanları inkişaf etdirmə mərhələsi. Ən vacib məsələnin şirkətimizdəki işçilərin olduğunu başa düşəndən sonra yaranır. İnsanları inkişafı üçün özümüzü fəda edirik. Buna səbəb işçiləri inkişaf etdirdikcə şirkət əd inkişaf edir. Onları inkişaf etdirdikcə işçilər öz biliklərini artırarlar və bilikləri artıqca şirkətə daha çox fayda verəcəklər. İnsanları inkişaf etdirməyin 3 qaydası: 1)doğru insanları işə almaq. 2)düzgün yetişdirmək. 3)düzgün yerləşdirmək. İnsanları inkişaf etdirməyin 5 addımı : 1) mən edirəm. 2) mən edirəm sən izləyirsən 3)mən bütün işlərdən əlimi çəkirəm ,sən edirsən ,amma mən səni izləyirəm, yardım edirəm. 4) yalnız sən edirsən, kömək etmirəm
5)siz edirsiniz və başqaları sizi izləyir.

5-ci mərhələ.Zirvə mərhələsi.Biz deyilənləri əla , dəfələrlə, uzun müddət etdikdə insanlar bizi izləyəcək.Bizi biz olduğumuza görə izləyəcklər. Etdiyimiz işlərə görə bizi izləyəcəklər. Bu mərhələyə çatmaq üçün uzun müddət tələb olunur.

Hər insan üçün mən fərqli mərhələdə ola bilərəm. Kimisi üçün başlanğıc mərhələsində , kimisi üçün də digər mərhələdə ola bilərəm. Özümə hər zaman mən hansındayam sualını verməliyəm ki, təqribi olaraq tapa bilimki hansı mərhələdəyəm.

Advertisements

Liderliyin mərhələləri” üçün bir şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.